Azərbaycanda iki dəfə zəlzələ olub

Azərbaycanda iki dəfə zəlzələ olub
11:16 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycanın şimalında ikinci zəlzələ baş verib.

Respublika Seysmoloji Xİdmət Mərkəzindən APA-ya verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 09:36-da Qubadan 31 km cənub-şərqdə, Şabran rayonu ərazisində qeydə alınıb. Yeraltı təkanın maqnitudası 3.5, dərinliyi 7 km olub. Zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Quba rayonu ərazisində də zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bal, yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR