"Real"ın "9 nömrəsi" futbola qayıtdı

11:17 26 Yanvar 2015
149 İdman
Ölkə mətbuatı
A- A+

Madrid “Real”ının keçmiş hücumçusu Fernando Moryentes futbolçu karyerasını bərpa edib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, o, 39 yaşında yenidən yaşıl meydanlara qayıdıb.
 
Belə ki, Moryentes İspaniyanın aşağı liqa komandalarından olan “Santa-Ana” ilə anlaşıb. İspaniya yığmasının sabiq üzvü yeni klubunda da 9 nömrəli formanı geyinəcək.
  
Moryentes “Santa-Ana”nın heyətində dünən debüt matçını da keçirib. 45 dəqiqə oynamaq imkanı qazanan təcrübəli forvard qol vura bilməyib.
  
Qeyd edək ki, karyerası ərzində “Real”dan əlavə, “Albasete”, “Saraqosa”, “Monako”, “Liverpul”, “Valensiya” və “Marsel” klublarının da formasını geyinən Moryentes 2010-cu ildə karyerasını bitirmişdi.

Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR