Mobil telefonlar üçün tərcümə proqramının iOS əməliyyat sistemində çalışan versiyası istifadəyə verilib

Mobil telefonlar üçün tərcümə proqramının iOS əməliyyat sistemində çalışan versiyası istifadəyə verilib
11:18 26 Yanvar 2015
101 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc
“Dilmanc” layihəsi çərçivəsində hazırlanmış mobil telefonlar üçün tərcümə proqramının iOS əməliyyat sistemində çalışan versiyası istifadəyə verilib.
“Dilmanc” qrupundan AzərTAc-a bildirilib ki, bu proqram da digər “Dilmanc” məhsulları kimi ödənişsiz yayılır və istifadəçilər bu versiyanı öz “iPhone” və “iPad” qurğularına “App Store”da "Dilmanc" axtarmaqla yükləyə bilərlər.
Qeyd edək ki, “Mobil tərcüməçi” proqramının “Android” əməliyyat sistemi üçün olan versiyası Azərbaycanda və ölkə xaricində çox populyar proqram məhsuludur. Bu vaxta qədər bu sistem 140 min dəfədən çox köçürülüb.
“Google analytics”ə görə “Mobil tərcüməçi” proqramından 2015-ci ilin yanvar ayının 1-dən 22-dək 40 minə yaxın insan yararlanıb. Proqramdan dünyanın 65 ölkəsində 360 min dəfə istifadə edilib. Bu ölkələr arasında ABŞ, Almaniya, Rusiya, Türkiyə, Ukrayna, İsveç və digər ölkələr vardır.
“Dilmanc” layihəsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Layihənin elmi rəhbəri akademik Əli Abbasovdur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mobil_telefonlar_uchun_tercume_proqraminin_iOS_emeliyyat_sisteminde_chalisan_versiyasi_istifadeye_verilib-827440

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR