Yeni kralın qərarı neft bazarını silkələdi

Yeni kralın qərarı neft bazarını silkələdi
11:22 26 Yanvar 2015
115 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanının kralı Salman ibn Abdul Əziz Əl Səudun qərarı dünya birjalarına ciddi təsir göstərib.

Milli.Az Rusiya KİV-nə istinadən bildirir ki, yeni kral "qara qızılın" istehsal həcminin saxlanılması barədə qərar qəbul edib. Bu qərar bazar ertəsi dünya birjalarında neftin qiymətinin aşağı düşməsi ilə nəticələnib.

Brent markalı neftin qiyməti 0,51 dollar ucuzlaşaraq 1 barreli 48,28 dollar olub.

Xatırladaq ki, Səudiyyə Ərəbistanın 6-cı kralı Abdulla ötən həftə 91 yaşında dünyasını dəyişib. Onun taxt-taxı qardaşı Salmana keçib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/320955.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR