Çovğun, boran, şaxta, xaos... - VİDEO - FOTO

Çovğun, boran, şaxta, xaos... - VİDEO - FOTO
11:22 26 Yanvar 2015
126 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın şimal-şərq bölgələrində çox güclü şaxtalar, çovğun və qar tufanı gözlənilir. Sinoptiklərin dediklərinə görə, bu gün və sabah bəzi bölgələrdə qar örtüyü 1,5 metrə çata bilər.
 
Milli.Az USA Today-ə istinadən bildirir ki, Nyu-Yorkun meri Bill de Blazionun dediyinə görə, çovğun "şəhərin tarixində ən güclü" ola bilər.
"Şəhər sakinlərini ehtiyatlı və sayıq olmağa, fərdi nəqliyyat vasitələrindən istifadə etməməyə, kəskin zərurət olmadan küçəyə çıxmamağa çağırıram. Təhlükəsiz məkanlarda qalın. Qonşulardan muğayat olun. Xüsusilə də yaşlı, qoca qonşularınıza diqqət yetirin", - mer deyib.
 
Çovğunun Nyu-York, Nyu-Cersi, Konnektikut, Pensilvaniya, Massaçusets və Men ştatlarını vuracağı gözlənilir.
 
Havanın yanvarın 27-də, axşam saatlarında normallaşacağı gözlənilir.
 
Bəhs olunan ştatların əhalisi və xüsusilə də Nyu-York sakinləri dükanlara hücum çəkiblər. Onların ən çox aldıqları məhsullar fənərlər və batareyalardır. Çovğunla əlaqədar olaraq elektroenerji təminatında çox ciddi problemlər gözlənilir.
 
Kəskin hava şəraiti aviaşirkətlərin fəaliyyətinə də təsir edib.
 
Sky News-un məlumatına görə, "Delta Airlines" aviaşirkəti artıq 600 reysi təxirə salıb. Ümumiyyətlə isə 1800 reysin təxirə salındığı bildirilir.
Çovğun 1978-ci ildə ABŞ-ın şərq sahillərini vurmuş böyük qar boranı və tufanla müqayisə olunur. Həmin çovğunda nəqliyyatın hərəkəti 4 gün ərzində iflic olmuşdu.
 
Ötən ilin noyabrında Nyu-York ştatında güclü boran və çovğun nəticəsində 11 nəfər ölmüşdü.
 
Milli.Az
 







































Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/320954.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR