2,5 milyardlıq yollarımız

2,5 milyardlıq yollarımız
11:26 26 Yanvar 2015
80 Digər
Ölkə mətbuatı
A- A+

Keçən il Azərbaycanın yol infrastrukturuna 2,5 milyard manatlıq sərmayə yatırılıb.

ANS PRESS-in məlumatına görə, bunu bu gün Bakıda keçirilən "Yol infrastukturunun tikintisi və yenidənqurmasında yeni texnologiyaların və innovasiyaların tətbiqi" konfransında çıxış edən nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Onun sözlərinə görə, bu məbləğin 1,9 milyard manatı avtomobil yollarının tikintisinə yönəldilib.

Nazir bildirib ki, yolların tikintisində onlarla xarici şirkət dəvət edilib. Onlar podratçı və subpodratçı şirkətlər qismində dəvət ediliblər.

"Keçən il nəqliyyata yatırılan sərmayələr bütün iqtisaldiyyata yatıralan sərmayələrin 21 faizini təşkil edib".
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR