“Expressbank”ın “Gülə-gülə Yeni İlə” adlı fotomüsabiqəsi sona çatıb

“Expressbank”ın “Gülə-gülə Yeni İlə” adlı fotomüsabiqəsi sona çatıb
11:38 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc
“Expressbank”ın 28 Mall ticarət mərkəzində, Instagram və Facebook istifadəçiləri arasında keçirdiyi “Gülə-gülə Yeni İlə” adlı fotomüsabiqəsi sona çatıb və qaliblər müəyyənləşib.
Bankdan AzərTAc-a bildiriblər ki, müsabiqənin ilk 3 qalibinə müvafiq olaraq Visa Platinum + 500 manat, Visa Gold + 300 manat və Visa Classic + 100 manat təqdim olunacaq. Digər 7 iştirakçıya isə bank adından korporativ hədiyyələr veriləcək.
Qeyd edək ki, müsabiqə II mərhələdə keçirilib. I mərhələnin şərtlərinə görə, əvvəlcə iştirakçılar 28 Mall ticarət mərkəzində olan “Expressbank”ın şam ağacının fonunda təbəssümlə şəkil çəkdirməli və #smilecard2015 haştegi ilə şəxsi Instagram səhifələrinə yerləşdirməli idilər. II mərhələdə isə, seçilən 10 şəkil bankın Facebook səhifəsində yerləşdirilib və “like”lar vasitəsilə səsvermə keçirilib.
Bank xidmətləri barədə ətraflı məlumatı132 Məlumat Mərkəzindən, www.expressbank.az saytına və ya bankın rəsmi Facebook səhifəsindən www.facebook.com/Expressbank əldə etmək olar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Expressbankin_Gule_gule_Yeni_Ile_adli_fotomusabiqesi_sona_chatib-827449

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR