Bakıda bizimçün bu yolları hazırlayırlar - FOTO

Bakıda bizimçün bu yolları hazırlayırlar - FOTO
11:42 26 Yanvar 2015
246 Sosial
Ölkə mətbuatı
A- A+

Bakıda reallaşacaq nəhəng nəqliyyat layihələri
Bakının nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi hökumətin prioritet istiqamətlərindən biridir.

Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, 2017-ci ilə qədər 12 nəhəng layihənin reallaşdırılması nəzərdə tutulur.

Birinci. Qala-Pirallahı avtomobil yolunun tikintisi. Yolun ümumi uzunluğu 22 kilometrdir. Yolun artıq 15 kilometri istifadəyə verilib.

Xaqani Rüstəmov küçəsinin təmiri ikinci yerdədir. "Baku White City" layihəsi çərçivəsində küçənin rekonstruksiyası üçün ciddi işlər görülüb. Eni 45 metr olan 6-zolaqlı yolun uzunluğu 1.7 kilometrdir.

Bilgəh-Novxanı-Sumqayıt yolu üçüncü yerdədir. Hazırda tikinti işləri davam etdirilir. Ümumi uzunluğu 42 km olan yolda 6 hərəkət zolağı olacaq.

Xocasən-Lökbatan yolu dördüncü yerdədir. Layihəyə əsasən, yolun uzunluğu 7 kilometr, eni isə 15 metrdir. Yoldakı işlərin 95%-i artıq reallaşıb.

Beşinci yerdə Ziya Bünyadov prospektinin yenidən qurulmasıdır. Layihə çərçivəsində müxtəlif nəqliyyat obyektləri, yol qovşaqları, tunellər, yerüstü keçidlər tikilib.

Bakı-Sumqayıt yolunun 6-11-ci kilometrliyində görülən işlər 6-cı yerdədir. İşlərin böyük hissəsi artıq arxada qalıb. Bu il bütün işlərin başa vurulması nəzərdə tutulub.

Abşeron yarımadası ilə Pirallahı adasını birləşdirəcək körpü 7-ci yerdədir. Körpü Qala-Pirallahı yolunun 23-cü kilometrliyində salınır. Layihəyə əsasən, körpünün uzunluğu 421.45 kilometrdir.

Səkkizinci yerdə Həsən Əliyev küçəsindən "Koroğlu" metrosuna qədər olan yoldur. Hazırda tikinti işləri davam etdirilir.

Yeni dənizkənarı yolun inçası 9-cu yerdədir. Bu yol Nobel prospektinə paralel olaraq tikiləcək.

Biləcəri-Xocasən yolu onuncu yerdədir. Bu yolun uzunluğu 1500 metr, eni isə 34 metrdir.

On birinci yerdə Zığ-Hövsan yoludur. Bu yolda artıq müəyyən işlər görülüb.

Tbilisi prospekti ilə Zərdabi küçəsini birləşdirəcək yol qovşağı 12-ci yerdədir.

Milli.Az














Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/320964.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR