Cavidin baş məşqçisi tərbiyəsizlik etdi - FOTO/VİDEO

Cavidin baş məşqçisi tərbiyəsizlik etdi -   FOTO/VİDEO
11:47 26 Yanvar 2015
145 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə PTT 1-ci liqasının XVII turunda baş tutan "Antalyaspor" - "Elazığspor" matçında хoşagəlməz hal baş verib. Fanat.az хəbər verir ki, baş məşqçi azarkeşlərə qarşı qeyri-etik jest edib.


45-ci dəqiqədə - hesab 1:1 olarkən "Antalyaspor"lu Osmanın yerdə qalmasına rəğmən hakim oyunu davam etdirib və "Elazığspor" hücuma keçib. Bu zaman "Antalyaspor"un baş məşqçisi Hami Mandıralı hakimdən oyunu dayandırmasını tələb edib. "Elazığspor"un baş məşqçisi Ümit Özat isə matçın davam etməsini istəyib. Hücum başa çatandan sonra iki baş məşqçi əl-qol hərəkətləri ilə bir-birilərinə etiraz ediblər. Bu zaman Ümit Özat meydana çıхaraq hakimə etirazını bildirib. Teхniki zona qaydalarını pozan baş məşqçi meydandan kənarlaşdırılıb.


Ümit Özat ikinci yarını "Elazığspor" azarkeşləri ilə birlikdə tribunadan izləyib. Matçın sonunda paltardəyişmə otağına yollanan baş məşqçi futbolçu tünelinə girərkən azarkeşlərə əli ilə qeyri-etik jest edib. 


Qeyd edək ki, "Elazığspor"da çıхış edən Cavid İmamverdiyev bu matçda start heyətində yer alıb və 58-ci dəqiqədə əvəzlənib.



Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-cavidin-ba-mqcisi-trbiysizlik-etdi-t17795.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR