Türkiyə kəşfiyyatının rəhbəri istefa verə bilər

Türkiyə kəşfiyyatının rəhbəri istefa verə bilər
11:47 26 Yanvar 2015
87 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə ölkə kəşfiyyatının rəhbəri Hakan Fidanın istefa verəcəyi gözlənilir
Trend xəbər verir ki, bu barədə bazar ertəsi "Milliyet" qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

H.Fidanın bu ilin fevralında istefa verəcəyi gözlənilir.

Həmçinin, istefa verdikdən sonra onun 2015-ci ilin iyununda Türkiyədə keçiriləcək parlament seçkilərində iştirak üçün öz namizədliyini irəli sürəcəyi ehtimal olunur.

Hazırda Türkiyə hökumətində ölkənin kəşfiyyat rəhbərinin istefası ilə bağlı fikir ayrılığı yaranıb. Çünki Fidan istefa verəcəyi halda o, toxunulmazlıqdan məhrum edilə bilər.

Kəşfiyyat rəhbəri Hakan Fidan Türkiyədə Fətullah Gülən hərəkatına qarşı mübarizə aparan əsas fiqurlardan biridir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/320969.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR