“Dədə Qorqud” jurnalının 50-ci nömrəsi çapdan çıxıb

“Dədə Qorqud” jurnalının 50-ci nömrəsi çapdan çıxıb
11:48 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc 
“Dədə Qorqud” jurnalının 50-ci nömrəsi çapdan çıxıb.
Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun elmi şurasının qərarı ilə nəşr olunan topluda maraqlı elmi məqalələr, Azərbaycan folklorundan yeni nümunələr, türk xalqları folklorundan örnəklər, rəylər və digər materiallar yer alıb.
İnstitutdan AzərTAc-a bildirilib ki, professor Osman Əfəndinin “Dədə Qorqud Kitabı”nda “oğul məhəbbəti” ideyasının bədii-estetik təcəssümü” məqaləsi “məhəbbət” anlayışının dastandakı bədii-fəlsəfi mahiyyətinin araşdırılmasına həsr olunub.
Nəşrdə folklorşünas alimlərin “Türklərdə oyunun fəlsəfi baxımından halay”, “Aşıq Qurbaninin şeirlərində müraciət formaları”, “Buta folklorumuzda və yazılı ədəbiyyatımızda”, “Əzizə Cəfərzadə və Azərbaycan qadın aşıqları”, “Uyğurların iyi çakçak (lətifə) sənəti və burada bəhs olunan mədəniyyət ünsürləri haqqında”, “Hənəfi Zeynallının arxivində Azərbaycan nağılları”, “Hüseyn Arifin yaradıcılığında “saz” obrazı”, “Qırmızı rəngin mərasimi mənasına dair”, “Bir daha qolça qopuz çalğı aləti haqqında” və digər məqalələr təqdim olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dede_Qorqud_jurnalinin_50_ci_nomresi_chapdan_chixib-827451

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR