"İmkanımız yoxdur"

"İmkanımız yoxdur"
11:56 26 Yanvar 2015
108 Ölkə
Ölkə mətbuatı
A- A+

"Sürətli qatarlar, tramvaylar xəyala bənzəyir. Bununla belə bu layihələr gerçəkləşəcək".

ANS PRESS-in məlumatına görə, bunu bu gün nəqliyyat naziri Ziya Məmmədov deyib.

Nazir hazırda dünya bazarında qara qızıl- neftin qiymətində ucuzlaşma qeydə alındığını deyib. "Buna görə, bizim hələ belə layihələri gerçəkləşdirmək imkanımız yoxdur. Amma gələcəkdə biz bunu tətbiq edəcəyik".

Z.Məmmədov paytaxtın ictimai nəqliyyatının yenilənməsi məsələsinə də toxunub. O, qeyd edib ki, bu ilin yayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarına kimi Bakıya 200 yeni avtobus gətiriləcək. Yeni avtobuslar Fransadan alınır. "Bu yerə kimi 250 avtobus gətirilib. Hazırda isə sürücülərə təlimlər, dil dərsləri keçirilir".
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=321863

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR