Yeni kralın bəyanatı neftin qiymətini endirdi

Yeni kralın bəyanatı neftin qiymətini endirdi
11:59 26 Yanvar 2015
115 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanının yeni kralının neft hasilatını azaltmayacağı barədə bəyanatından sonra dünya bazarında neftin qiyməti yenidən azalmağa başlanıb.

Lent.az-ın Fins.az-a istinadən verdiyi məlumata görə, yenicə taxta çıxan Səudiyyə kralı Salman ibn Əbdül-Əziz əl-Səud ölkədə neft hasilatının əvvəlki həddə saxlanacağını, yəni artırılmayacağını bildirib. Məlumatda bildirilir ki, bu bəyanat birjalarda neftin qiymətini bir qədər də endirib. Belə ki, bu gün səhər  London birjasında «Brent» neftinin qiyməti 0,84% enərək 48,38 dollara, Şimali Amerika neftinin barreli isə 1,25% ucuzlaşaraq 45,02 dollara enib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191469

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR