Ziya Məmmədovdan etiraf: “Bu bir xəyaldır”

Ziya Məmmədovdan etiraf: “Bu bir xəyaldır”
12:04 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Nəqliyyat naziri sürətli qatar və tramvay xətlərindən danışıb

“Bakı şəhəri ilə Sumqayıt şəhəri arasında sürətli elektrik qatarının təşkili ilə əlaqədar Nəqliyyat Nazirliyinin müvafiq qurumları arasında fikir mübadiləsi aparılır”. Lent.az-ın məlumatına görə, bunu nəqliyyat naziri Ziya Məmmədov jurnalistlərə açıqlamasında qeyd edib. Onun sözlərinə görə, sürətli qatarlar və sürətli tramvayların çəkilməsi hazırda bir növ xəyala bənzəyir: “Bununla bağlı arzu var. Bu arzunu yerinə yetirmək üçün böyük maliyyə vəsait tələb olunur. Hazırda dünyada neftin qiyməti aşağı düşüb. Bu da öz növbəsində layihələrin icrasına öz təsrini göstərir. Yəni bu cür layihələri ləngidir”-deyə, nazir əlavə edib.

 

Qeyd edək ki, mətbuatda Bakı ilə Sumqayıt arasında sürətli qatarların fəaliyyətə başlayacağı ilə bağlı xəbərlər yayılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191471

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR