Ermənilər nə qədər itki verib?

Ermənilər nə qədər itki verib?
12:11 26 Yanvar 2015
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan mətbuatında son günlər cəbhənin təmas xəttində ordunun xeyli sayda itki verməsi barədə tənqidi yazıların dərc olunması ölkənin siyasi hakimiyyətində narahatlıq yaradıb. Ölkə ictimaiyyətinin narazılığını və qəzəbini sakitləşdirmək üçün Müdafiə Nazirliyi mətbuatda gedən tənqidi yazılara konkret faktlarla yox, ümumi şəkildə, özünəməxsus tərzdə cavab verib.

ANS PRESS-in məlumatına görə, Ermənistan müdafiə nazirinin mətbuat katibi Artsrun Ovannisyan Facebook səhifəsində yazıb ki, cəbhənin təmas xəttində ötən gecə nisbi sakitlik qorunub saxlanılıb. İndi atəşkəs rejiminin pozulması hallarında azalma müşahidə olunur.

O, erməni bicliyi edərək ictimai narazılığın səngidilməsi üçün yazıb: "Ermənistanın ordu bölmələri vəziyyətə tamamilə nəzarət edir."

Azərbaycanın Müdafiə Nazirliyi bildirib ki, son günlər işğal olunmuş Dağlıq Qarabağ ərazisində çoxsaylı itkilər verən Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhədəki ağır uğursuzluqlar səbəbindən növbəti dəfə daha aqressiv və eybəcər təxribata əl atıblar.

Düşmənin kəşfiyyat-təxribat qruplarının cəbhə boyu və Azərbaycan-Ermənistan dövlət sərhəddində qoşunların təmas xəttində Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə qəfil hücum etmək cəhdlərinin qarşısı uğurla alınıb. Belə ki, yanvar ayı ərzində ermənilərin 17 hərbi qulluqçusu məhv edilib, 20-dək yaralısı var.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=17&nid=321887

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR