Saatlı sakinləri narkotiklə tutuldular

12:17 26 Yanvar 2015
85 Digər
Ölkə mətbuatı
A- A+

Üzərlərində narkotik vasitə gəzdirən Saatlı sakinləri tutulublar

Saatlı rayon sakinlərində narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Saatlı Rayon Polis Şöbəsinin  əməkdaşları   tərəfindən üzərlərinə baxış keçirilərkən Qara Nuru kənd sakinləri - əvvəllər məhkum olunmuş, 1968-ci il təvəllüdlü Mehman Əvəz oğlu Həsənovdan 5,97 qram, 1989-cu il təvəllüdlü Elçin Gülağa oğlu Ağayevdən isə iki kibrit qutusunda qablaşdırılmış 9,5 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.  Hər iki şəxs barəsində həbs - qəti imkan tədbiri seçilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/320984.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR