Türkiyədə azərbaycanlı yaralı polisi xilas etdi

Türkiyədə azərbaycanlı yaralı polisi xilas etdi
12:21 26 Yanvar 2015
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı Türkiyədə yaralı polisi xilas etdi. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, İstanbulun Bahçelievlər səmtində narkotik aludəçisi olan şəxs silahı ilə ətrafa atəş açmağa başlayıb.

Bahçelievlerdə bir polisi yaralan şəxs bir nəfəri də girov götürüb.

Hadisənin şahidi isə Naib adlı azərbaycanlı olub. "Cihan" agentliyinin məlumatına görə, Naib adını bilmədiyi şəxsin polisi girov götürdüyünü deyib.

"O, polisin boynundan tutaraq onu içəri doğru apardı. İçəridən atəş səsləri gəldiyi üçün hamı dağılışdı. Polis yaralı halda yerə yıxıldı. Qışqırıq səsləri yayıldı, heç kim yardıma getmədi. Dəmirlərin altından sürünərək polisi təhlükəsiz yerə çıxardım. Bu anda düz başımın yanında güllə keçdi. Daha sonra polisi təcili yardım yanına gətirdim. Bu zaman iki fəhlə də mənə kömək etdi".

Polis həmkarlarını və başqa bir nəfəri yaralayan şəxsi yaxalamaq üçün əməliyyat keçirib. Saxlanılan şəxsin narkotik maddə istifadəçisi olduğu bəlli olub.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=321856

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR