Ötən il Naxçıvan Əlahiddə Ümumqoşun Ordusuna 41 ədəd müxtəlif təyinatlı avtomobil verilib

12:22 26 Yanvar 2015
130 Sosial
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 12:20 ]


Bakı. Rəşad Süleymanov – APA. Ötən il Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun istifadəsinə yeni nəqliyyat vasitələri verilib.

 

APA-nın Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin saytına istinadən verdiyi məlumata görə, MR-də aparılan ordu quruculuğu tədbirləri çərçivəsində, 2014-cü ildə Əlahiddə Ümumqoşun Ordusuna 15 ədəd “Mitsubishi-PAJERO”, 11 ədəd “Mitsubishi L-200”, 10 ədəd UAZ, 2 ədəd “Fiat” markalı xidməti avtomobil verilib.

 

Bundan başqa, 2 ədəd “Ford” markalı səyyar tibbi yardım və 1 ədəd rentgen flüoroqrafiya avtomobili Əlahiddə Ümumqoşun Ordusunun istifadəsinə daxil edilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370350

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR