Sumqayıtda öz həyatına qənim kəsilən nənə - VİDEO

Sumqayıtda öz həyatına qənim kəsilən nənə - VİDEO
12:22 26 Yanvar 2015
125 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanda öz həyatına qənim kəsilən piyadaların sayı az deyil. "Kamikadze" piyadalar sanki qarşılarına məqsəd qoyublar ki, özləri ölsələr də bir sürücünü həbsə göndərərək şəhərdəki tıxacların qarşısını alacaqlar.

Ötən həftə Milli.Az-da dərc olunan "Bu piyadaları vurmaq olar? - VİDEO - MÜZAKİRƏ" başlıqlı yazıdan sonra oxucular özünü maşın altına atan piyadalarla bağlı videolar göndərirlər.

Belə videolardan biri ötən gün Sumqayıt şəhərində çəkilib. Özünü az qala maşının altına atan yaşlı qadın videoregistrator tərəfindən görüntülənib. Hadisə ötən gün (25 yanvar, 2015-ci il) çəkilib. Lakin videonu çəkən qurğunun ayarları düzgün olmadığı üçün tarix olaraq 2012-ci ilin yanvar ayının 1-i göstərilib.

Əziz oxucular, siz də belə hadisələrin videogörüntülərini Milli.Az-a göndərin. Özünü maşının altına atan "kamikadze" piyadaları ictimai qınağın mühakiməsinə verək.

Maşının videoregistratorunda qeydə alınmış kuryoz videoları editor@milli.az e-mail ünvanına göndərə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR