Bakıda 7 yaşlı qızı zorlayan 58 yaşlı kişiyə rədd cavabı

Bakıda 7 yaşlı qızı zorlayan 58 yaşlı kişiyə rədd cavabı
12:29 26 Yanvar 2015
164 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Apelyasiya Məhkəməsində azyaşlını zorlamaqda təqsirli bilinən 1956-cı il təvəllüdlü Yaşar Yusifovun apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin şikayəti üzrə qərar elan edilib. Beləliklə Yaşar Yusifovun apelyasiya şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin verdiyi hökm qüvvədə saxlanılıb.

 

 

Qeyd edək ki, ötən ilin iyunun 14-də saat 01:00 radələrində paytaxtın Binəqədi rayonunda kirayədə yaşayan 1956-cı il təvəllüdlü Yusifov Yaşar Bəhlul oğlu sərxoş vəziyyətdə yaşadığı evin həyətində kirayədə yaşayan Lalə Cəfərovanın (ad və soyad şərtidir) evinə daxil olub.  58 yaşlı kişi Lalə Cəfərovanın 2007-ci il təvəllüdlü qızı Leylanın (ad şərtidir) evdə köməksiz vəziyyətdə tək olmasından istifadə edərək ona xəsarətlə müşayiət olunan zor tətbiq edib. O, daha sonra 7 yaşlı qızla cinsi əlaqədə olub.  

 

Yaşar Yusifov Cinayət Məcəlləsinin 149.3.3-cü (zorlama, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham edilib.  

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yaşar Yusifov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Yaşar Yusifov apelyasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR