Sürücülər bu xəbəri oxusun (VİDEO)

Sürücülər bu xəbəri oxusun (VİDEO)
12:36 26 Yanvar 2015
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Nəqliyyat Nazirliyi tərəfindən lisenziyasız fəaliyyət göstərən taksi sürücülərinə xəbərdarlıq olunub.

ANS TV-nin məlumatına görə, Avropa Oyunlarına hazırlıqlar davam etdirilir. Həm yol təsərrüfatinda həm də nəqliyyatda yeniliklər çoxdur. Bununla əlaqədar bəzi qanunsuzluqların qarşısının alınması üçün işlərə başlanılıb.

Bunu Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov deyib. O 20000-dən artıq taksi sürücüsü qanunusuz fəaliyyt göstərdiyini bildirib.

Namiq Həsənov taksi sürücülərini kompromisə dəvət etdiklərini və lisenziyalarını vaxtında almağı məsləhət gördü. Çünki Avropa Oyunları ilə əlaqədar olaraq ən azı 17 məntəqə ətrafında lisenziyasız taksilərin fəaliyyət göstərməsinə icazə verilməyəcək.

Mənbə
ANS TV


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR