Məmmədovlar Azərbaycan lideri oldu

Məmmədovlar Azərbaycan lideri oldu
12:41 26 Yanvar 2015
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Telefon abunəçilərinin sayının artması maraqlı statistik məlumatların ortaya çıxmasına şərait yaradır.

ANS PRESS-in Məlumat Hesablama Mərkəzinə istinadla verdiyi məlumata görə, aparılan statistik araşdırma nəticəsində məlum olub ki, ölkəmizdə Məmmədov soyadlı stasionar telefon abunəçiləri nə az, nə çox düz 56 min 557 nəfərdir.

Soyadlar üzrə abunəçi sayı isə belədir: Əliyev 43 min 258, Məmmədova 29 min 287, Hüseynov 27 min 47, Əliyeva 22 min 947, Həsənov 21 min 92, Quliyev 20 min 14, İsmayılov 15 min 572, Əhmədov 14 min 903, Hüseynova 14 min 386, Abdullayev 13 min 227, Abbasov 12 min 550 Cəfərov 11 min 411 abunəçi.

Qeyd edək ki, statistik məlumat Respublika üzrə yalnız stasionar telefon abunəçilərini əhatə edir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=321894

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR