Azərbaycanda tikinti materialları ucuzlaşır

Azərbaycanda tikinti materialları ucuzlaşır
12:57 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Tovuzda tikinti materialları satılan obyeklərdə ucuzlaşma müşahidə edilir

Qərb bölgəsində hava şəraiti tikinti aparmaq üçün əlverişli olsa da tikinti materialları satılan bazarlarda alıcılar fəal görünmürlər. Kəpəz TV (Region TV) xəbər verir ki, digər bölgələrdə olduğu kimi elə Tovuzda da tikinti materialları satılan obyektlərdə ucuzlaşma müşahidə edilir. Amma satıcılar ucuzluq olmasına baxmayaraq alıcı qıtlığı yaşandığını bildirirlər.

Ucuzlaşma daha çox taxta və dəmir materiallarının qiymətində diqqət çəkir. Tovuzda 2 ay öncə 1 kubu 240-250 manata satılan taxta hazırda müştərilərə 170-180 manata təklif olunur.

Rusiyadan idxal edilən mallarda da ucuzlaşma var. Yerli istehsal olan sement, şüşə və digər materiallar isə elə əvvəlki qiymətə satılır. Bu vəziyyət satıcıların o qədər də ürəyincə olmasa da alıcılar narazı deyillər.

Bir sözlə, tikinti bazarında ucuzluq olsa da bu, satış mərkəzlərində canlanmaya səbəb olmayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/320999.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR