Rusiyaya giriş çətinləşdi

Rusiyaya giriş çətinləşdi
13:01 26 Yanvar 2015
124 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyada xarici turistlər üçün bu gündən yeni qayda qüvvəyə minir. Rusiyaya Səyahətlər Operatorları Assosiasiyası (ATOR) məlumat yayıb ki, yeni qaydaya görə, turistlər Rusiyada getmək istədikləri və gəzməyi planlaşdırdıqları şəhərlərin, yaşayış məntəqələrinin siyahısını verməlidirlər.

ANS PRESS-in xəbərinə görə, Rusiya Federal Miqrasiya Xidməti isə həmin ərazilərə səfər üçün dəvətnamə, eləcə də dəvətnaməni verən şəxsin və ya təşkilatın adını tələb edəcək. Bütün viza növlərində bu informasiya olmalıdır.

ATOR yeni qaydaların Rusiyada turizm sənayesinə ziyan vuracağını bildirib.


Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR