"İnvestAZ": Marjinal ticarətdə şəffaflıq, sadəlik və etibar olmalıdır

"İnvestAZ": Marjinal ticarətdə şəffaflıq, sadəlik və etibar olmalıdır
13:02 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 12:59 ]


Bakı - APA-Economics. Son zamanlar az kapital ilə daha çox gəlir əldə etmək, bir çox insanlar arasında əsas müzakirə obyektinə çevrilib. Dünyanın bir çox ölkələrində olduğu kimi bizdə də kiçik və orta həcmdə kapitala sahib fiziki şəxslər (əslində isə fərdi investorlar) ticarət əməliyyatlarını həyata keçirmək məqsədi ilə kiçik həcmli vəsait yerləşdirməklə marjinal ticarət bazarına çıxış imkanı əldə edirlər. Hər bir biznes sahəsi kimi marjinal ticarət bazarı da şəffaf və etibarlı olmalıdır. Marjinal ticarətin aktiv istifadə olunduğu ölkəmizdə ticarətin təşkili və monitorinqi Bakı Fond Birjası tərəfindən həyata keçirilir. Ölkədə marjinal ticarət xidmətini, beynəlxalq maliyyə bazarlarında 10 ildən çox fəaliyyət göstərən "InvestAZ" investisiya şirkəti verir. Bununla yanaşı, ölkədə fəaliyyəti ölkə qanunvericiliyi ilə tənzimlənməyən, ancaq buna baxmayaraq müştəriyə xidmət verən şirkətlərin nümayəndəlikləri də mövcuddur. Həmin şirkət nümayəndəlikləri müştəriyə xarici brokerin nəzdində hesab açdırır.

 

Hər bir maliyyə bazarı kimi marjinal ticarət bazarının da inkişaf yolu tənzimlənmədən keçir. Bazar iştirakçılarının hüquqlarının qorunması üçün qanunvericilik bazası təkmilləşdirilməli və xidmət verən şirkətlər fəaliyyət göstərdiyi sahə üzrə müvafiq lisenziyalara sahib olmalıdırlar. Bütün bu tənzimlənmələr fərdi və korporativ investorların hüquqların qorunması deməkdir. İnsanlar sonradan problemlə üzləşməmələri üçün bir sıra narahatçılıq doğuran məsələlərə diqqət etməlidirlər:

 

- Hər iki tərəf arasında hüquqi münasibətləri tənzimləmək üçün imzalanan, lakin müştəri tərəfindən çox zaman oxunmayan müqavilə;

 

- Müqavilə, broker şirkətinin yerləşdiyi ölkənin qanunvericiliyinə əsasən tərtib olunmalı və yarana biləcək mübahisələr o ölkənin ərazisində həll olunmalıdır;

 

- Xarici brokerdən xidmət alan müştəri çox zaman risklər haqqında düzgün məlumatlandırılmadığı üçün üzləşdiyi zərərin heç bir izahını da ala bilmir. Bu isə öz növbəsində marjinal ticarət fəaliyyəti ilə məşğul olan şirkətlərin imicinə, bütövlükdə isə sahə üzrə görülən işlərə kölgə salır.

 

Beləliklə, Azərbaycanda ən yüksək gəlir imkanı ilə seçilən marjinal ticarətlə məşğul olanlar üçün lisenziyaya malik broker şirkətlərindən xidmət almaq daha etibarlı və sərfəlidir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370361

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR