Yağış yağacaq

Yağış yağacaq
13:04 26 Yanvar 2015
119 Sosial
Ölkə mətbuatı
A- A+

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, günün ikinci yarısında dəyişkən buludlu keçəcəyi gəzlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Lent.az-a verdiyi məlumata görə,  cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-2 dərəcə, gündüz 4-7 dərəcə isti olacaq.

 

Yanvarın 27-də Azərbaycanın rayonlarda da fasilələrlə yağıntı olacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq. Səhər qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu aran rayonlarında gecə 0-4 dərəcə, gündüz 5-10 dərəcə isti, dağlarda 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191485

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR