“Təhlükəli kişilərlə dolu dünyada lazım olan qadın”

“Təhlükəli kişilərlə dolu dünyada lazım olan qadın”
19:56 26 Dekabr 2014
82 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna və Rusiya münaqişəsində birmənalı olaraq Ukraynanı dəstəkləyən Almaniya Kansleri Angela Merkeli Böyük Britaniyanın “Times” qəzeti tərəfindən “İlin ən nüfuzlu adamı” elan edib.

ANS TV-nin məlumatına görə, qəzetdə dərc olunan “Təhlükəli kişilərlə dolu dünyada lazım olan qadın” başlıqlı məqalədə qeyd edilir ki, 2014-cü ildə Şərqi Avropada Rusiya aqressiyasının canlandığı bir zamanda Merkel Avropanın təhlükəsizliyində əsas rol oynayıb. Həmçinin qadın Kanslerin Rusiya ilə Qərb arasında dialoqun təşkilində fəal iştirak etməsinə diqqət çəkilib.

Ötən il isə “Times” qəzetinin versiyasına görə, Rusiya prezidenti Vladimir Putin ilin ən nüfuzlu adamı seçilmişdi.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=316529

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR