"Qarabağ"a şapalaq kimi cavab

"Qarabağ"a şapalaq kimi cavab
15:17 6 Avqust 2015
333 İdman
Ölkə mətbuatı
A- A+

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Qarabağ"ın qonağı olan "Seltik" qolsuz heç-heçə edib. Doğma meydançada vurduqları qol sayəsində şotlandlar pley-off-a yüksəliblər. Matçdan sonra rəqib müdafiəçi Virgil van Diyk apasport.az saytının suallarını cavablandırıb.

- Meydançanın vəziyyəti oyununuza təsir etdimi?

- Düzdür, buradan istədiyimiz nəticə ilə dönürük. Amma qazonun durumu çox pis idi. Bu mərhələnin matçının belə qazonda oynanılmasını hələ də başa düşə bilmirəm. Axı biz UEFA-nın ən nüfuzlu klub turnirində çıxış edirik.
 
- "Qarabağ" haqda nə deyə bilərsiz? İlk görüşlə müqayisədə hansısa göstəricidə sizə sürpriz edə bildilərmi?

- Rəqib haqda xoş sözlər söyləmək olar. "Qarabağ" yaxşı komandadır, oyun keyfiyyəti də yüksəkdir. Heyətlərində seçilən futbolçular var. Xüsusilə də, Riçard Almeydanı fərqləndirmək istərdim. Meydançanı görmə qabiliyyəti, topla oyunu əladır.
 
- Siz rəqibi hansı göstəricilərdə üstələdiyinizə görə növbəti mərhələyə yüksəldiniz?

- Rəqibə öz oyununu oynamaq imkanı vermədik. Pressinq tətbiq etməklə onların topla istədikləri kimi rəftar etmələrinin qarşısını aldıq. Zonaları vaxtında bağlayırdıq. Bilirdik ki, "Qarabağ" topla oynamağı sevən futbolçulardan qurulub. Fiziki hazırlığımız da yaxşı idi. Bütün bu sadaladıqlarıma diqqət yetirsək, niyə mərhələ adladığımız ortaya çıxır.
 
- Fasilədə baş məşqçi əlavə nələrisə tapşırdımı? Çünki sərt oynayırdınız...

- Bu da futbolun elementləridir. Baş məşqçi hansı taktiki tapşırıqları vermişdisə, biz də onu yerinə yetirməyə çalışdıq. Vacib olan nəticə idi, onu da əldə etdik.
 
- Stadiondakı ab-hava necə idi?

- Azarkeşlərin yaratdığı atmosfer haqda xoş sözlər demək olar. Lakin qazonun bərbad olması bizi təəssüfləndirdi.
 
- Qazonun bu cür olmağı "Qarabağ"ın qələbə qazanmasına da mane oldu...

- Qələbə deyəndə ki, "Seltik Park"ın qazonu ki əla vəziyyətdə idi, bəs orada niyə uda bilmədilər?

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/361235.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR