x
Loading...

Dövlət qurumlarının onlayn şəffaflıq vəziyyəti müzakirə edilib

14:18 6 Avqust 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 6 avqust, AZƏRTAC
Multimedia Mərkəzi avqustun 6-da "Dövlət qurumlarının onlayn şəffaflıq vəziyyəti: problemlər və perspektivlər" mövzusunda "dəyirmi masa" təşkil edib.
AZƏRTAC xəbər verir ki, toplantıda dövlət qurumlarının onlayn şəffaflıq hesabatı və növbəti reytinq cədvəli ictimaiyyətə təqdim olunub.
Mərkəzin direktoru Osman Gündüz bu sahədəki mövcud durum haqda məlumat verib. Qeyd olunub ki, mərkəz dövlət qurumlarının rəsmi internet resurslarının informasiya açıqlığı üzrə 4 ay davam edən monitorinqini başa çatdırıb. Bu il həyata keçirilən monitorinq prosesində 73 mərkəzi icra orqanının və 67 yerli icra orqanının rəsmi saytlarının informasiya açıqlığının vəziyyəti araşdırılıb. Rəsmi saytların informasiya açıqlığı vəziyyəti analiz olunub. Hər bir qurum üzrə araşdırmaların yekunu olaraq icmal və tövsiyələr hazırlanıb.
O.Gündüz mərkəzi icra orqanlarında informasiya açıqlığı sahəsində əvvəlki illərlə müqayisədə müsbət irəliləyişlərin olduğunu deyib. Monitorinqin nəticələrinə əsasən informasiya açıqlığı üzrə reytinq cədvəlində 1-ci , 2-ci və 3-cü yerləri müvafiq olaraq Vergilər Nazirliyi (78,2 faiz), Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (76,3 faiz) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (76 faiz) tutub.
Dövlət orqanlarının, vətəndaş cəmiyyətinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirdə monitorinqin nəticələrinin ictimailəşdirilməsinin və davamlı olaraq aparılmasının zəruriliyi vurğulanıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dovlet_qurumlarinin_onlayn_seffafliq_veziyyeti_muzakire_edilib-875811

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR