Küveytin ölkəmizdəki səfiri Azərbaycan Turizm və Menecment Universitetində olub

Küveytin ölkəmizdəki səfiri Azərbaycan Turizm və Menecment Universitetində olub
15:23 6 Avqust 2015
53 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 6 avqust, AZƏRTAC 
Küveyt Dövlətinin Azərbaycandakı səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olub.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə universitetin rektoru, professor Cəfər Cəfərov rəhbərlik etdiyi ali məktəbin fəaliyyətində başlıca amil sayılan keyfiyyətli kadr hazırlığı məqsədinə böyük önəm verildiyini deyib. İkili diplom proqramı və təhsil-tədris-təcrübə-tədqiqat modelinin faydasını ətraflı şərh edən rektor xarici ölkələrin nüfuzlu universitetləri və müvafiq təşkilatları ilə əlaqələrin daha da genişlənməsinə hər zaman hazır olduğunu bildirib.
Görüşdə müvafiq qurumlarla əməkdaşlıq perspektivləri kontekstində ATMU-da təhsil alan tələbələr üçün Küveyt Dövlətinin otellərində təcrübə semestrinin təşkili məsələsindən də danışılıb.
Sonda görüşdən məmnunluğunu bildirən küveytli diplomat ATMU-ya gələcək fəaliyyətində uğurlar arzulayıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kuveytin_olkemizdeki_sefiri_Azerbaycan_Turizm_ve_Menecment_Universitetinde_olub-875812

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR