Z.Bünyadov prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılır

Z.Bünyadov prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılır
15:28 6 Avqust 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 6 avqust, AZƏRTAC
“Azəryolservis” ASC tərəfindən aparılacaq sınaq və profilaktika işləri ilə əlaqədar Ziya Bünyadov prospektinin bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, avqustun 7-dən 9-dək Z.Bünyadov prospekti ilə Əbdülvahab Salamzadə, Alı Mustafayev və Hüseynbala Əliyev küçələrinin kəsişməsində yerləşən “Xutor dairə”sində müxtəlif yol qovşağına aid olan körpüdə aparılacaq sınaq işləri ilə əlaqədar körpü nəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanacaq.
Tunellərdə və digər ərazilərdə aparılacaq profilaktik işləri ilə əlaqədar isə göstərilən müddətdə Z.Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən “20 Yanvar dairə”si və “Qəbələ dairə”sinə doğru olan istiqamətdə də nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Nəqliyyat vasitələrinin hərəkətinə yalnız əsas yolda məhdudiyyət qoyulacaq. Bu istiqamətdə hərəkət yan yollarla təmin ediləcək. Əks istiqamətdə isə, yəni “20 Yanvar dairə”si və “Qəbələ dairə”sindən “Böyük Şor yol qovşağı”na doğru nəqliyyat vasitələrinin hərəkətində heç bir məhdudiyyət olmayacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ZBunyadov_prospektinin_bir_hissesinde_hereket_mehdudlasdirilir-875814

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR