x
Loading...

“Google” şirkətinin “3D” planşeti ABŞ-dan kənarda satışa çıxarılıb

“Google” şirkətinin “3D” planşeti ABŞ-dan kənarda satışa çıxarılıb
14:51 6 Avqust 2015
Ölkə mətbuatı
A- A+

“Google” şirkəti “3D” kameraya malik “Project Tango” planşetini satan ölkələrin siyahısını genişləndirib. Cari ilin mayında ABŞ bazarına çıxarılmış aparat bu gündən etibarən Kanada və Cənubi Koreyada satılır.


26 avqustdan etibarən isə Danimarka, Finlandiya, Fransa, Almaniya, İrlandiya, İtaliya, Norveç, İsveç, İsveçrə və Böyük Britaniyada satışa çıxarılacaq.
 
"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “3D” planşetini “Google Store” internet mağazasından 512  dollara sifariş etmək olar. Hər bir şəxs sözügedən qurğunu satın ala bilər, lakin “Project Tango” eksperimental qurğu olduğundan, ilk növbədə istehsalçılar üçün nəzərdə tutulub.
 
Planşet “NVIDIA Tegra K1” prosessoru, 4 QB əməli yaddaş, 128 QB tutumunda fləş daşıyıcı, “Wi-Fi” və “LTE” modulları, 1920x1200 piksel təsvir ölçüsünə malik 7 düymlük ekran və 4960 milliamper/saat tutumlu batareya ilə təchiz edilib. “Project Tango” planşetinin əsas özəlliyi hərəkətin izlənilməsi üçün inteqrasiya edilmiş kameralar və məkanın üçölçülü xəritəsini tərtib edə bilən dərinlik datçikidir.
 
Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-38084-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR