Ombudsmanın nümayəndələri Lamiyə Quliyeva ilə görüşüblər

13:07 26 Yanvar 2015
75 Digər
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 13:05 ]


Bakı. Fərid Mirzəyev – APA. Ombudsman Aparatının Milli Preventiv Qrupun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində araşdırma aparıblar.

 

Ombudsman Aparatından APA-ya verilən məlumata görə, MPQ tərəfindən bu müəssisədə cəza çəkən Lamiyə Quliyeva və digər qadın məhkumlar təklikdə konfidensial qaydada qəbul edilib, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub.


Həmin qadın məhkumlar müəssisədə saxlanılma şəraitindən və əməkdaşların onlara qarşı rəftarından narazılıq etməyiblər. L.Quliyeva ötən ilin oktyabr ayında dünyaya gətirdiyi uşağı ilə bağlı bəzi məsələlərə aydınlıq gətirərək bildirib ki, heç kim tərəfindən zorakılığa məruz qalmayıb, bu öz istəyi ilə baş verib.

 

Eyni zamanda o, özünün və körpəsinin sağlamlığı ilə bağlı narahatlığının olmadığını söyləyib. Məlumata görə, L.Quliyeva uşağı ilə birgə müəssisənin standartlara uyğun ana və uşaq otağında saxlanılır, saxlanılma şəraiti ilə bağlı narazılığı yoxdur.
 

Qeyd olunub ki, hazırda məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370363

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR