Zakir Həsənov cəbhə bölgəsində tikilən hərbi hissələrə baş çəkib

Zakir Həsənov cəbhə bölgəsində tikilən hərbi hissələrə baş çəkib
16:09 6 Avqust 2015
117 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu rayonlarda olan Müdafiə naziri Zakir Həsənov və Nazirliyin rəhbər heyəti cəbhə bölgəsində yerləşən hərbi hissələrdə tikilən obyektlərdə olub.

 

Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, ölkə prezidentinin göstərişinə əsasən cəbhə bölgəsində yeni tikilən hərbi şəhərciklərdə aparılan inşaat işlərinin gedişatını yoxlayan Müdafiə naziri hərbi obyektlərin plana uyğun, keyfiyyətli tikilməsi, müəyyən olunmuş müddətdə başa çatdırılması, həmçinin quruculuq işlərinin aparılması ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verib.


Z.Həsənov zirehli texnika, artilleriya qurğu və sistemləri üçün saxlanclar, hərbi tibb müəssisələri, əsgər yataqxanaları, xidməti və inzibati otaqlar, səhra və stasionar hamam-camaşırxana kompleksləri, eləcə də digər obyektlərdə olaraq hərbi qulluqçuların sosial məişət şəraiti ilə maraqlanıb.
Qeyd edək ki, Müdafiə Nazirliyi rəhbərliyinin cəbhə bölgəsinə səfəri davam edir. 







Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/210777

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR