Zakir Həsənov hərbi obyektlərdə (FOTO)

Zakir Həsənov hərbi obyektlərdə (FOTO)
16:16 6 Avqust 2015
79 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu rayonlarda olan müdafiə naziri general-polkovnik
Zakir Həsənov və nazirliyin rəhbər heyəti avqustun 6-da cəbhə bölgəsində yerləşən hərbi hissələrdə tikilən obyektlərdə olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ölkə prezidentinin göstərişinə əsasən cəbhə bölgəsində yeni tikilən hərbi şəhərciklərdə aparılan inşaat işlərinin gedişatını yoxlayan nazir Zakir Həsənov deyib ki, cəbhə bölgəsindəki hərbi hissələrin sosial-məişət şəraiti ən yüksək səviyyədə olmalıdır. O, hərbi obyektlərin plana uyğun, keyfiyyətli tikilməsi, müəyyən olunmuş müddətdə başa çatdırılması, həmçinin quruculuq işlərinin aparılması ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verib.

General-polkovnik Z.Həsənov zirehli texnika, artilleriya qurğu və sistemləri üçün saxlanclar, hərbi tibb müəssisələri, əsgər yataqxanaları, xidməti və inzibati otaqlar, səhra və stasionar hamam-camaşırxana kompleksləri, eləcə də digər obyektlərdə olaraq hərbi qulluqçuların sosial məişət şəraiti ilə maraqlanıb.

Müdafiə Nazirliyi rəhbərliyinin cəbhə bölgəsinə səfəri davam edir.




Nazir yeni hərbi obyektin tikinsində






Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=357222

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR