Bakıda bu parka ayaqqabı ilə girmək qadağandır - VİDEO

Bakıda bu parka ayaqqabı ilə girmək qadağandır - VİDEO
16:17 6 Avqust 2015
64 Digər
Ölkə mətbuatı
A- A+

Region TV-də yayımlanan "Çəkən var" verilişi yenə bir-birindən məzəli və maraqlı süjetləri ilə tamaşaçıları sevindirib.

Süjetlərin birində, ssenariyə əsasən, parkın girişinə yerləşdirilmiş "Ayaqqabıyla olmaz" işarəsinin yanında dayanan şəxslər (verilişin aktyorları) yoldan keçənlərdən parkın bu bölümündə ayaqqabı ilə hərəkət etməyin qadağan olduğunu, ayaqqabılarını çıxararaq yola davam etmələrini söyləyirlər. Şəhər sakinlərinin əksəriyyəti bu "qanuna" əməl edir.    

Bütün bunların bir zarafat və çəkiliş olduğundan xəbərsiz şəhər sakinləri nə baş verdiyini anlamağa çalışır, hər şey aydınlaşdıqdan sonra isə təbəssümlərini gizlədə bilmirlər.

Həmin maraqlı sujeti sizə təqdim edirik.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото


Xəbərin orijinal ünvanı: http://news.milli.az/video/361248.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR