Bakı sakinini parkda vurdular

Bakı sakinini parkda vurdular
16:27 6 Avqust 2015
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünən Bakıda sahibkara hücum ediblər.

Oxu.az xəbər verir ki, bu barədə vesti.az-a Nizami Rayon Polis İdarəsində bildiriblər.

"Xalqlar Dostluğu" metrostansiyası yaxınlığında yerləşən Heydər Əliyev parkında təxminən saat 18.00-da Məmmədov Tural Cəfərqulu oğluna Muxtarov Abbasqulu Qəhrəman oğlu hücum edib.

Muxtarov Məmmədovun boyun nahiyəsinə küt alətlə zərbə endirib, sonra isə hadisə yerindən qaçıb. 

Zərərçəkənin sözlərinə görə, Muxtarov ona 2000 min manat borcu olduğunu bəyan edib. Əslində isə Məmmədovun qeyd etdiyinə görə, ona borcu yoxdur. Sadəcə Muxtarov ondan güclə bu pulu almaq istəyib.

Araşdırma zamanı Muxtarovun daha öncə "fırıldaqçılıq" maddəsi ilə məhkum olunduğu aşkar edilib.

Hal-hazırda Nizami rayon 24-cü polis bölməsinin əməliyyatçıları Muxtarovu axtarır.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/361253.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR