x
Loading...

Belаrusiyada azərbaycanlı biznesmen saxlanıldı

Belаrusiyada azərbaycanlı biznesmen saxlanıldı
15:41 6 Avqust 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

Belarusiyanın Qrodno vilayətinin Mostı şəhərində azərbaycanlı biznesmen saxlanılıb. O yol polisi əməkdaşına rüşvət təklif etməkdə günahlandırılır.

Belаrusiyada yaşayan 46 yaşlı Azərbaycan əsilli sahibkar bir il ərzində təkrarən sürət həddini aşdığına görə sürücülük vəsiqəsindən məhrum edilməliydi. Bundan boyun qaçırmaq üçün o regionun yol polisi rəisinə rüşvət təklif edib.

Belə ki, o yol polisi idarəsinə gələrək masanın üzərinə 200 ABŞ dolları qoyub və ona qarşı ciddi cəza tətbiq etməməyi xahiş edib.

"Polis əməkdaşı şəxsi rüşvət təklif olunmasına görə cinayət məsuliyyəti barədə xəbərdar etsə də o inadla xahişini təkrar edib. Bundan sonra polis rəisi kabinetə istintaq-əməliyyat qrupunu dəvət etməyə məcbur olub", - deyə daxili işlər idarəsindən bildiriblər.


Mostı şəhəri

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=357293

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR