NASA ilk dəfə Ayın nadir fotolarını lentə alıb

NASA ilk dəfə Ayın nadir fotolarını lentə alıb
16:43 6 Avqust 2015
54 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 6 avqust, Elşad Qəzvini, AZƏRTAC
ABŞ Milli Aerokosmik Agentliyi (NASA) ilk dəfə Ayın nadir fotolarını lentə alıb.
AZƏRTAC NASA-nın rəsmi saytına istinadən xəbər verir ki, ictimaiyyətlə paylaşılan bu şəkillərdə Ay orbitinin qaranlıq hissəsi əks tərəfdən, Yer kürəsinin fonunda çəkilib.
Elm adamları buna “Deep Space Climate Observatory” adlı kosmik cihazın yardımı ilə müvəffəq ola biliblər. Məlumatda qeyd olunur ki, “DSCOVR” 2015-ci ildə kosmik fəzaya buraxılıb və bu qurğu kosmosda rəsədxana fəaliyyətini icra edir.
Yerdən 1,5 milyon kilometr aralıda yerləşən sözügedən cihaz planetin atmosfer səthi ilə yanaşı, günəş aktivliyi və ulduzdan sızan külək kütləsini də müşahidə edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/NASA_ilk_defe_Ayin_nadir_fotolarini_lente_alib-875831

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR