Bakı. 6 avqust. REPORT.AZ/ Səudiyyə Ərəbistanında məscidlərdən birində partlayış olub. "Report" xəbər verir ki, bu barədə Əl-cəzirə televiziya kanalı məlumat yayıb.
Hücumun "terror aktı" olduğu iddia edilir. Ölkənin dövlət televiziyası hadisə zamanı ölənlərin sayının ən azı 17 nəfər olduğunu bəyan edib. Xeyli sayda yaralı var.