“Bank Technique” səslənən ittihamlarla bağlı açıqlama yayıb

17:02 6 Avqust 2015
Ölkə mətbuatı
A- A+

"Report"un verdiyi xəbərə görə, bu barədə “Bank Technique” ASC-nin son dövrdə Bank ətrafında səslənən fikirlərlə bağlı yaydığı bəyanatında bildirilir. 
"Müştəri vəsaitləri ilə bağlı, mövcud qanunvericiliyin tələblərinə əsasən tam məlumat verə bilməsək də, bununla belə, bəzi internet-portallarında yer alan yazılara aydınlıq gətirmək istəyirik. Adı çəkilən “Araş Medical” yüzlərlə müştərilərimizdən biridir və həmin şirkətin hesabında yazılarda qeyd edilmiş vəsait olmayıb, hesabda olan vəsaitlərin isə hər hansı şəkildə batması təhlükəsi yoxdur. Bu həmçinin Bankda xidmət olunan digər müştərilərə də aiddir”, - deyə Bankdan bildirilib.
Qeyd edək ki, mətbuat orqanlarında Bankda vəziyyətin ağır olması və “Araş Medical” firmasının “Bank Technique”də 15 mln. manat vəsaitinin batması barədə xəbərlər yayılıb. Bankda yoxlamaların məhz “Araş Medical”ın hesabındakı pulların yoxa çıxmasından sonra intensivləşdiyi də yayılan xəbərlər arasında olub.
Həmçinin bildirilib ki, "Bank Technique”in bankomatları vasitəsilə nağdlaşdırmaya qoyulan limit də artıq aradan qaldırılıb.. Xatırladaq ki, plastik kart sahibləri gündəlik 200 manatdan çox pul çıxara bilmirdilər. Bu qayda bütün bank kartları üçün qüvvədə olub. Bununla belə, “Bank Technique”in müştəriləri plastik kartın verildiyi filiala yaxınlaşıb hesabda olan bütün məbləği nağdlaşdıra bilərdilər.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/bank-technique-seslenen-ittihamlarla-bagli-aciqlama-yayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR