IDEA İctimai Birliyi tullantılar və onların təkrar emalı mövzusuna həsr olunan növbəti təlim keçirəcək

IDEA İctimai Birliyi tullantılar və onların təkrar emalı mövzusuna həsr olunan növbəti təlim keçirəcək
17:03 6 Avqust 2015
79 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 6 avqust, AZƏRTAC
IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində avqustun 15-də tullantılar və onların təkrar emalı mövzusuna həsr olunacaq növbəti təlim keçiriləcək.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, təlim zamanı uşaqlara tullantılar və onların təkrar emalı prosesləri haqqında geniş məlumatlar çatdırılacaq və bu proseslərin Planetimiz, xüsusilə canlı aləm üçün əhəmiyyətindən bəhs ediləcək. Həmçinin “kiçik ekoloqlar”a tullantıların çeşidlənməsi və azaldılması yolları izah olunacaq.
Bundan əlavə, gənc təbiətsevərlər bir sıra eksperimentlərin keçirilməsində iştirak edəcək, süd qutusundan və plastik butulkadan quş yuvaları düzəltməklə istifadə edilmiş müxtəlif materiallardan ətraf mühit üçün yararlı olan əşyalar hazırlamağı öyrənəcəklər.
IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatının birgə əməkdaşlığı ilə təşkil ediləcək sayca səkkizinci təlim olan avqust laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də ətraf mühitin mühafizəsində vacib amillərdən hesab olunan tullantıların azaldılması və təkrar emalı proseslərini kiçik yaşlardan dərk etmələri baxımından mühüm töhfə verəcək.
IDEA-nın Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunacaq “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirak etmək istəyənlərdən İctimai Birliklə əlaqə saxlamaları xahiş olunur (497-63-16).
 



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/IDEA_Ictimai_Birliyi_tullantilar_ve_onlarin_tekrar_emali_movzusuna_hesr_olunan_novbeti_telim_kechirecek-875838

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR