Atlarla insanların oxşar cəhətləri tapıldı

Atlarla insanların oxşar cəhətləri tapıldı
17:12 6 Avqust 2015
161 Maraqlı
Ölkə mətbuatı
A- A+

İnsanlarla atların mimikalarında bənzər cəhətlər var. Bu heyvanlar da insanlar kimi emosiyalarını bildirmək üçün sifət əzələlərindən istifadə edirlər. Emosiyalar da bir-birinə çox bənzəyir.

Milli.Az Rusiya KİV-ə istinadən bildirir ki, bu barədə PLoS ONE jurnalında yeni araşdırmanın müəllifləri yazıblar. Məqalədə deyilir ki, atlar öz aralarında mimikalardan ünsiyyət vasitəsi kimi istifadə edirlər.

Sasseks universitetinin alimləri araşdırmanı aparmaq üçün EquiFACS adlı xüsusi proqram hazırlayıblar. Proqramın alqoritmlərinin köməyi ilə atların üz ifədələrini araşdırıblar. Məlum olub ki, atların 17 cür mimik ifadələri var. İnsanlarda bu üz ifadələrininin sayı 27, meymunlarda isə 13-dür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/361262.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR