x
Loading...

“Təmiz Şəhər” ASC-nin zavodunda tullantılar arasından silah-sursat aşkar olunub

16:18 6 Avqust 2015
31 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 6 avqust, AZƏRTAC
“Təmiz Şəhər” ASC-nin Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda məişət tullantıları arasından silah-sursat hissələri aşkar olunub.
ASC-dən AZƏRTAC-a bildiriblər ki, son iki gündə Bakıdan toplanmış tullantıların çeşidlənməsi zamanı tapılan avtomat və tapança güllələri, müxtəlif silah hissələri avqustun 5-də polisə təhvil verilib. “Təmiz Şəhər” ASC-nin təhvil verdiyi silah-sursat 5.45 millimetr çaplı 60, 7.62 millimetr çaplı 189, eləcə də 31 ədəd kiçik çaplı patron, 30 millimetrlik 3 mərmi, 1 avtomat darağı, 1 ədəd “F1” əl qumbarası korpusu, bir pnevmatik tapança və 1 tüstü fişəngindən ibarət olub.
“Təmiz Şəhər” ASC-yə aid həmin zavodda paytaxtdan toplanmış tullantılar kağız, şüşə, plastik, metal və s. formada ayrı-ayrı yığılır. Daha sonra onlardan xammal kimi istifadə edilərək yeni məhsullar hazırlanması üçün müxtəlif təkrar emal müəssisələrinə göndərilir. İş prosesi zamanı tullantılar arasından tullantı hesab olunmayan əşyalar aşkarlandıqda aidiyyəti qurumlara təhvil verilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Temiz_Seher_ASC_nin_zavodunda_tullantilar_arasindan_silah_sursat_askar_olunub-875844

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR