x
Loading...

Yeniyetmə idmançımız ağır atletika üzrə Avropa birinciliyində bürünc medal qazanıb

Yeniyetmə idmançımız ağır atletika üzrə Avropa birinciliyində bürünc medal qazanıb
16:34 6 Avqust 2015
42 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 6 iyul, AZƏRTAC
İsveçin Landskrona şəhərində keçirilən ağır atletika üzrə yeniyetmələrin Avropa birinciliyi davam edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan milli komandasının üzvlərindən biri – Ümidvar Bayramlı ümumilikdə 246 kiloqramlıq nəticə göstərərək bürünc medal qazanıb. Turnirdə 15 yaşadək oğlanların yarışında 85 kiloqram çəki dərəcəsində mübarizə aparan gənc atlet birdən qaldırmada 109, təkanla qaldırmada 137 kiloqramlıq nəticə göstərib.
Avropa birinciliyində 15 yaşadək idmançıların mübarizəsində 27 ölkədən 141 (63 qız, 78 oğlan), 17 yaşadək yeniyetmələrin yarışında isə 29 ölkədən 192 (80 qız, 112 oğlan) atlet gücünü sınayır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yeniyetme_idmanchimiz_agir_atletika_uzre_Avropa_birinciliyinde_burunc_medal_qazanib-875853

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR