Bakının “İnter” futbol klubu İspaniya kuboku yarışlarının son finalçısı ilə görüşəcək

Bakının “İnter” futbol klubu İspaniya kuboku yarışlarının son finalçısı ilə görüşəcək
17:38 6 Avqust 2015
65 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 6 avqust, AZƏRTAC
Bakının “İnter” futbol komandası UEFA Avropa Liqası yarışlarının üçüncü təsnifat mərhələsi çərçivəsində bu gün cavab oyununa çıxacaq.
AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi paytaxtdakı “Şəfa” stadionunda “Atletik” (Bilbao, İspaniya) klubunu qəbul edəcək. Bakı vaxtı ilə saat 21:00-da başlayacaq görüşü hollandiyalı referi Serdar Gözübüyük idarə edəcək. Ona həmyerliləri Bas van Dongen, Patrik Langkamp kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Dennis Hiqler yerinə yetirəcək. Matçın UEFA nümayəndəsi kiprli Corc Fantaros, hakim-inspektoru isə Kostadin Gerginov (Bolqarıstan) olacaq.
Komandalar arasında İspaniyada təşkil olunan ilk oyunda “Atletik” klubu 2:0 hesabı ilə qalib gəlmişdi.
Turnirə birinci təsnifat mərhələsindən qoşulan Azərbaycan çempionatının gümüş mükafatçısı əvvəlki mərhələlərdə Albaniyanın “Laçi” və İslandiyanın “Hafnarfyordur” komandalarını məğlub edərək yarışdan kənarlaşdırıb.
Cavab matçından əvvəl mətbuat konfransı keçirən “İnter”in komandasının baş məşqçisi Zaur Svanadze bildirib ki, komanda oyuna hazırdır. Zədəli və cəzalı futbolçumuzun olmaması sevindiricidir. Rəqibə müqavimət göstərməyə çalışacağıq. İlk oyundakı məğlubiyyətə baxmayaraq, uğur qazanacağımıza ümid edirik. “İnter”in bu oyunda azarkeş dəstəyinə ehtiyacı var.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakinin_Inter_futbol_klubu_Ispaniya_kuboku_yarislarinin_son_finalchisi_ile_gorusecek-875855

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR