x
Loading...

Bakıda 1700-dən çox uşaq vaxtından əvvəl I sinfə qəbul edildi

Bakıda 1700-dən çox uşaq vaxtından əvvəl I sinfə qəbul edildi
16:42 6 Avqust 2015
49 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyindəki ümumtəhsil müəssisələrinə xüsusi istedada malik 1720 uşağın vaxtından əvvəl I sinfə qəbul olunmasına razılıq verib.

İdarənin İctimaiyyətə əlaqələr sektorunun müdiri Arzu Tairquliyeva Trend-ə bildirib ki, "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları"na əsasən, 6 yaşı bu il sentyabrın 16-dan dekabrın 31-dək tamam olan xüsusi istedadlı uşaqların I sinfə qəbulu üçün qeydiyyat iyulun 31-də, müsahibələr üçün avqustun 4-də yekunlaşıb.

İdarə səlahiyyətlisi deyib ki, indiyədək müsahibədə iştirak etmək məqsədilə sorğu verən 3824 nəfərin 1720-si müsahibə mərhələsindən keçib. Müsahibədə iştirak edən 1287 nəfər isə müsahibədən keçməyib. Qeydiyyatdan keçən 63 nəfər isə müsahibədə iştirak etməyib.

A.Tairqulliyevanın sözlərinə görə, vaxtından əvvəl I sinfə qəbul olmaq üçün uşaqların buna həm əqli, həm fiziki, həm də psixoloji hazırlığı olmalıdır. Bu üç keyfiyyəti özündə çəmləyə bilməyən uşaqlar müvafiq komissiyalar tərəfindən keçirilən müsahibədən uğurla keçə bilməyiblər.

İdarə rəsmisi əlavə edib ki, təhsil nazirinin müvafiq əmrinə əsasən, bir sıra məktəblərdə fəaliyyət göstərən məktəbəqədər hazırlıq qruplarını bitirmiş 750 uşaq sertifikat əldə edərək müsabiqədənkənar I sinfə qəbul üçün müraciət edib. Müsahibədən keçənlər avqustun 15-dən sonra sənədlərini məktəblərə təqdim etməlidirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/361272.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR