Məsciddə partlayış: 17 nəfər öldü

Məsciddə partlayış: 17 nəfər öldü
17:46 6 Avqust 2015
42 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı dəhşətli terror aktı ilə silkələnib. ANS PRESS-in İhlas agentliyinə istinadla verdiyi məlumata görə, hadisə Səüdiyyə Ərəbistanının cənub-şərqində yerləşən Əsir vilayətində baş verib. Kamikadze özünü məscidin qarşısında partladıb.

İlkin məlumata görə, kamikadzenin törətdiyi terror aktı nəticəsində 17 nəfər ölüb. Onlarla insan isə yaralanıb.

Hal-hazırda hadisə qurbanlarının sayı dəqiqləşdirilir. Ölü sayının artacağı istisna edilmir. Ölənlər arasında təhlükəsizlik xidməti əməkdaşları da var.

İyul ayının ortalarında ölkə paytaxtı Ər-Riyadın mərkəzində polis əməkdaşları partlayıcı maddə ilə doldurulmuş maşını saxlamağa cəhd edərkən partlayış baş verib.

Daha bir neçə partlayış bu ilin may ayında ölkənin şərqində yerləşən məscidlərdə baş verib. Bu zaman 20-dən artıq insan həlak olub.


Terror aktının baş verdiyi ərazinin xəritəsi


Təcili tibbi yardım maşını hadisə yerinə yollanarkən

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=357302

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR