Bakıda 1720 uşaq vaxtından əvvəl I sinfə qəbul olunub

Bakıda 1720 uşaq vaxtından əvvəl I sinfə qəbul olunub
17:59 6 Avqust 2015
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Müsahibədə iştirak etmiş 1287 uşaq müsahibədən keçməyib

 

Bakı şəhərində yerləşən və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan məktəblərdə 6 yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq uşaqların I sinfə qəbulu məqsədilə keçirilən müsahibələr yekunlaşıb.

 

BŞTİ-dən APA-nın sorğusuna cavab olaraq bildiriblər ki, müsahibədə iştirak etmək üçün sorğu verən 3284 nəfər uşağın 1720-i müsahibə mərhələsindən keçərək vaxtından əvvəl I sinfə qəbul olunub.

 

Məlumatda bildirilib ki, müsahibədə iştirak etmiş 1287 uşaq müsahibədən keçməyib. Qeydiyyatdan keçən 63 nəfər müsahibəyə gəlməyib.

 

Məktəbəqədər hazırlıq qruplarını bitirən 750 uşaq sertifikat qazanaraq müsabiqədənkənar I sinfə qəbul üçün müraciət edib.

 

Müsahibədən keçən uşaqlar avqustun 15-dən etibarən sənədlərini məktəblərə təqdim etməlidirlər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/210796

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR