Ermənistandan Gürcüstana qarşı kilsə iddiası

13:18 26 Yanvar 2015
122 Dünya
Ölkə mətbuatı
A- A+


Tbilisi, 26 yanvar, AzərTAc
Ermənilər indi də Gürcüstana qarşı kilsə iddiası irəli sürürlər.
“Vestnik Kavkaza” portalı bununla bağlı maraqlı məlumat yayıb. Məlumatda deyilir ki, Ermənistan Gürcüstandakı 450 kilsənin ermənilərə verilməsi ilə bağlı məhkəməyə müraciət etmək niyyətindədir. “İnterfaks” İnformasiya Agentliyi isə belə bir məlumat yayıb ki, Ermənistan Gürcüstandakı kilsələrin ermənilərə verilməsi ilə əlaqədar UNESCO-ya yazılı müraciət edib.
Gürcüstan Katalikos Patriarxiyası, eləcə də digər qurumlar bu iddianı əsassız adlandırdıqdan sonra erməni Apostol Kilsəsi deyilənləri təkzib edib. Lakin mətbuat yazır ki, əgər belə bir iddia olmasa idi, patriarxiya və digər əlaqədar təşkilatlar müxtəlif bəyanatlar yaymazdı. Necə deyərlər “od olmayan yerdən tüstü çıxmaz”dı.
“Vestnik Kavkaza” portalı yazır ki, ermənilərin bu tələbini bütün Gürcüstanın Katalikos–Patriarxının katibi Mikael Botkoveli Ata da şərh edib. Botkoveli deyib: “Əvvəlcə biz inanmadıq ki, erməni Apostol Kilsəsi belə bir absurd tələblə Gürcüstanın Baş nazirinə yazılı müraciət etsin. Sonradan bunun doğru olduğunu bildik. Bizim üçün maraqlı və qəribədir ki, onlar bunu hansı əsasla edirlər? Görəsən Ermənistanın özündə 450 kilsə varmı?”
Mikael Ata erməni Apostol Kilsəsinin bu addımını Gürcüstan Pravoslov Kilsəsi ilə münasibətlərin kəskinləşməsinə cəhd kimi qiymətləndirib və belə halların yolverilməz olduğunu deyib.
Xətayi Əzizov
AzərTAc-ın xüsusi müxbiri
Tbilisi

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR